Xüsusilə ABŞ-da son dərəcə məşhur olan Instagramvari bir fotoşəkil paylaşma tətbiqi Snapchatda mütəxəssislər böyük bir problem kəşf etdi. Gibson Security mövzuyla əlaqədar etdiyi şərhdə proqramın 2 təhlükəsizlik açığına sahib olduğunu bildirdi.


 


Bunlardan birinin vasitəsilə telefon rəhbərlərinin asanlıqla oğurlana biləcəyini qeyd etdi. Mütəxəssislərə görə iPhone və androidə yüklənən Snapchatdakı mövcud açıq səbəbiylə hackerlərin asanlıqla telefon rəhbərini oğurlaya bilmələri mümkündür .


 


Bunu bir təcrübə ilə dünyaya göstərən mütəxəssislərə görə bu an istədikləri təqdirdə 8 milyon telefon rəhbərinə asanlıqla daxil ola bilər və hətta bunun üçün hər şeyi bilən bir hacker olmaq da lazım deyil. Telefon nömrələrini oğurlayan hackerlərin pul qarşılığında bunları internetdə satacağına isə heç şübhə yoxdur. Bu səbəblə istifadəçilər telefon nömrələrinə qeyri-iradi bir çox SMS və ya zəng ala bilir.


 


Snapchatda isə mövzuyla əlaqədar hələ heç bir şərh gəlmədi. Facebook və Googleonu almaq üçün yarışdı. Facebookun 3 milyard dollarlıq təklifini rədd edən Snapchat qısza müddət sonra Googledən da  4 milyard dollar təklifini almış ancaq buna baxmayaraq şirkət bu təklifləri geri çevirmişdi.