2014-cü ilə girərkən "TOÇEV" ilə birlikdə bir ictimai məsuliyyət layihəsinə imza atan Casper, "Xoşbəxt Uşaqlar Ağacı"nı qurdu. “TOÇEV”lə əməkdaşlıq halında icra edilən layihəyə, hər kəs qoşula bilər.
“Xoşbəxt Uşaqlar Ağacı”nın fotoşəkili hər gün, Casper Facebook səhifəsində paylaşılır. Facebook istifadəçiləri, "Xoşbəxt Uşaqlar Ağacı" fotoşəkilini, öz profillərindən paylaşdığında, ağaca bir ədəd bəzək əlavə olunur.
Hər 250 paylaşma, şagirdlərə gedəcək bir kompüter deməkdir. "Xoşbəxt Uşaqlar Ağacı" fotoşəkillər paylaşıldıqca daha da böyüyəcək və layihə sonunda hər 250 paylaşma üçün gələcəyimiz olan uşaqların texnologiyaya toxunmasını təmin edəcək 1 ədəd kompüter məktəblərinə hədiyyə ediləcək.