Elektron siqaret təqdimatçıları bu il ABŞ-da televiziya reklamlarını təqdim etmək niyyətindədir. Bu sahə üzrə aparıcı bazarlar elektron siqaret reklamının Nyu-York, Los-Anceles, Çikaqo, Dallas və Seattledə bəzi kabel şəbəkələrində yayımlanmasına artıq icazə verib.



Bu üsulla siqretlər daha rahat və zərərsiz reklam olunur. Artıq bir neçə elektron siqretlərin reklam şüarı mövcuddur. Məsələn, Njoy King şirkətinin reklam şüarı “siqaret ilə öz yarını tap”, Blue Cigs isə “küldən qalx” şüarından istifadə edəcək. Reklam xərcləri belə bir gənc sənaye üçün çox əhəmiyyətlidir. Məsələn, Njoy King önümüzdəki yarım ildə reklama 14 milyon ABŞ dolları vəsait ayıracaq.