Dubayda təşkil olunan yeni il atəşfəşanlığı öz miqyasına görə "Ginnesin Rekordlar kitabı"na düşüb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki atəşfəşanlıq 2012-ci ildə Küveytdəki atəşfəşanlığı da geridə qoyub.
Atəşfəşanlıq nəzərdə tutulandan 20 dəqiqə gec başlayıb. Bunu təşkilatçıların hazırlığı və güclü küləklə əlaqələndirirlər. 450 min fişəngdən ibarət salyut 6 dəqiqə davam edib.
Fişənglər Dubayın sahillərindəki 100 kilometrlik məsafədə 400 nöqtədən səmaya buraxılıb. Fişəng atəşfəşanlığı nəticəsində səmada BƏƏ-nin 225x130 metr ölçüdəki bayraq forması canlandırılıb. Bayram atəşfəşanlığını 200-dən artıq pirotexniki qurğudan istifadə olunub.