Samsung başda olmaq üzrə bir çox telefon istehsalçısının cihazlarında yer verdiyi düymə yaxın gələcəkdə olmayacaq. Ağıllı telefonların məşhur proqramı android əməliyyat sistemini bu gün bir çox məşhur mobil  telefon markası telefonlarında istifadə edir.


 


Bir çox cihazda gördüyümüz və menyu parametrlərinə keçid təmin edən menyu düyməsi yeni nəsil android cihazlarda iştirak etməyəcək. Android üzərində işləyən mühəndis Adam Powell mövzuyla əlaqədar açıqlama verdi.


 


O, Twitter hesabından etdiyi şərhdə bir sonrakı Android telefonlarda menyu düyməsinin iştirak etməyəcəyini açıqladı. Yaxşı bu düymənin aradan qaldırılmasının altında nə var? Əslində Nokia və bəzi telefon istehsalçılarının telefonlarında etdiyi sadələşdirmə android cihazlarının istehsalçılarını da ilhamlandırdı. Ancaq Googlenin əsl niyyəti menyu düyməsini tamamilə aradan qaldırmaqdan çox Samsung kimi nəhəng istehsalçıları bu düyməni istifadə etməkdən çəkindirməkdir.