Araşdırma şirkəti "Net Applications"ın müəyyən internet saytlarını əsas götürərək reallaşdırdığı internet brauzer istifadə dəyərlərinin yeni bir axınını təqdim etdi. Tez-tez aktuallaşan Google Chrome internet skanerin son versiyası olan Chrome 31 , Internet Explorer 10 browseri geridə buraxmış vəziyyətdədir.


 


İndiyə qədər ön sıralarda olan IE10 artıq geriyə düşdü və Chrome 31 ikinciliyə yüksəldi. Köhnə bir versiya olmasına baxmayaraq məşhur olmağa davam edən “IE8”in istifadə nisbəti yüzdə 20.64-dür və bu şəkildə liderliyi davam edir.


 


Daha sonra yüzdə 12.88 ilə Chrome 31 gəlir. Üçüncü olan IE10 isə yüzdə 11.05 nisbətə sahibdir. Hələ çox yeni olan və bir neçə ay əvvəl istifadəyə verilən son nəsil IE11 isə yüzdə 10.42 dəyərinə çatdı və IE10 ilə yarışır vəziyyətə gəldi. Digər tərəfdən ümumi olaraq düşünsək Internet Explorer istifadəsi yüzdə 55-i keçir.


 


2013-ci ilin dekabr ayı üçün etibarlı olan bu aktual məlumatlara görə, Chrome istifadəçiləri cəmdə yüzdə 19-u təşkil edir.  Firefox isə cəmi yüzdə 18.5 dəyərinə çatır. İkinci və üçüncü yer arasındakı sıralama dəyişə bilər amma “IE”in idarəsi uzun müddət davam edəcək kimi görünür.