Dünyanın ən böyük ictimai media portalı Facebook, xüsusi mesajları reklam şirkətlərinə satdığı iddiasıyla ABŞ-da məhkəməlik oldu. Facebook reklam gəlirlərini artırmaq üçün bir çox yola müraciət edib.
Facebookun istifadəçilərin xüsusi mesajlarını ələkdən keçirərək bu məlumatları reklamveren şirkətlərlə paylaşdığı iddiası irəli sürüldü. ABŞ-ın Kaliforniya əyalətində açılan məhkəmədə Facebook, xüsusi mesajları satmaqla günahlandırılır.
Şirkətin bu şəkildə istifadəçilərin gizlilik haqqlarını pozduğu qarşıya qoyuldu. İsveçrə mərkəzli araşdırma şirkəti High- Tech Bridge isə iddianı açanların fikirlərini doğrulayan bir hesabat nəşr etdi. Facebook haqqındakı iddiaları yalanladı və belə bir şeyin mübahisə mövzusu olmadığını söylədi. İki Facebook istifadəçisi olan Michael Hurley və Matthew Campbellin bütün ABŞ istifadəçiləri adına açdığı iddia əgər Facebookun əleyhinə nəticələnərsə şirkət etdiyi hər gizlilik pozulması üçün 100 dollar ödəyəcək və hər istifadəçi başına bu rəqəm 10 min dollara qədər çıxacaq.