Bir neçə ay öncə Mercedes-Benz, Sehrli Gövdə Nəzarəti (Magic Body Control) adını verdiyi ağıllı sürüş texnologiyasını tanıtmaq üçün toyuqları istifadə etdiyi bir reklam filmini yayımlaşmışdı.



“YouTube”da bir gündə 600 min dən çox izlənilən film hədindən çox bəyənilmişdi. Bu yaxınlarda Jaguar rəsmi YouTube hesabından “Mercedes”in toyuqlarına bir mesaj göndərib.



"Jaguar vs. Chicken" başlıqlı 37 saniyəlik videoda marka, “Mercedes”in toyuqlu videosunun bir parodiyasını edərək pişik reflekslərinin sehrli gövdə nəzarətindən daha üstün olduğu mesajını verib.