Bu ay 50-inci doğum gününü yoldaşları ilə qeyd edəcək olan ABŞ-ın birinci xanımı Michelle Obama, göndərdiyi dəvətnamələr ilə hamını təəccübləndirdi. Onun doğum günü yanvar ayının 18-də Ağ Evdə qeyd olunacaq.



Doğum günü şənliyinə dəvət üçün ABŞ-ın birinci xanımı Çikaqolu yoldaşlarına elektron-məktub göndərib. Məktubda "Rahat ayaqqabılar geyin, gəlmədən yemək yeyin və rəqs hərəkətlərinizi məşq edin" yazılıb.



Qeyddə doğum gününün "Snacks & Sips & Dancing & Desserts" (Bir az sendviç, bir az içki, rəqs və şirniyyat) şənliyi şəklində olacağı da bildirilir.