Ayaqqabı markası “Jimmy Choo” “Nicole Kidman”nın iştirakı ilə 2014 yaz-yay reklam kampaniyasını təqdim etdi. Fotoşəkillərin keyfiyyəti Nicole Kidmanın öz təşəkkürünü bildirdiyi əfsanəvi “Salw Sundsbo”a məxsusdur.
“Mənə həqiqətən də Salw ilə işləmək çox xoş oldu. O, çox yaradıcı insandır. Bununla yanaşı qətiyyətli və metodikdir. Yeni və qeyri-adi fotoşəkillər hazırlamaq əyləncəli oldu. Bu bir balaca təhlükəli idi. Ayaqqabı və çanta artıq mənin üçün demək olar ki, ikinci dəri oldu.”- deyə Nicole Kidman bildirib.
Bu həqiqətən də cəsur şirkətdir. 46 yaşında olan Nicole Kidman üç fotoşəkildən ikisində üst geyimi olmadan çəkildi. Markanın yaradıcı direktoru "Sandra Choi" bildirib: “Mən Kidmanın yeni obrazına heyranam. O, hər mövsüm kolleksiyalara ruh verən yeni qəhrəmana çevrilir. Gözlənilməz və valeh edici pozalar verməyi bacarır və onun təbii gözəlliyi heyranedicidir. Kidman “qadın əminliyini” özündə əks etdirir. ”Nicole Kidmanın iştirak etdiyi reklam kampaniyası mart ayında jurnallarda əks olunacaq.