Tiffany & Co artıq “Sevgililər Günü”nə hazırlaşmağa başlayıb və bu səbəblə də artıq Facebookda Love Tiffany adlı proqram hazırladı. Kampaniya bayramda hər kəsin sevdiyi insana məhz buradan hədiyyə verə biləcəyi şirkətin zərgərlik məhsullarının kolleksiyasını təqdim edir. Bütün məhsullar cəmi 24 ədəddir.



Onlar qırmızı fonda təqdim olunub. Mavi fonda isə sevgili cütlüklərin fotoşəkilləri yerləşdirilib. Şəkillərdəki kiçik sevgi hekayəsi “gəl birlikdə dalğa yaradaq” və yaxud da “sənin üçün mən Aya belə uçaram” romantik şüarlar ilə əhatə olunmuşdur. Fotoşəkilləri “sən bayramda hansı hədiyyəni almaq istəyərdin?” sözləri vasitəsilə elan edərək dostlar ilə bölüşmək olar.