Əgər bir iPhone sahibisinizsə və oğrulardan da qorxursunuzsa onda bu "qorxuducu həll" tam sizə görədir. The Yellow Jacket şok tapançası örtüyü ilk olaraq, 2012-ci ilin ortalarında Indiegogo qaynaq inkişaf layihəsində özünü göstərmişdi.


 


Orijinal model 2013-cü ilin əvvəllərində dünyaya paylanmışdı. İndi isə IPhone 5 və 5s üçün təkrar hazırlanmış bir model, 2014-cü ildə CES-də ortaya çıxdı. Orijinal “Yellow Jacket” bir az kobud bir görünüşə sahib idi. 


 


Yeni model isə daha gözəl bir görünüşə sahibdir. Lakin əsl əhəmiyyətli olan yenilik, bu modelin telefondan ayrıla bilməsidir. Artıq, sadə bir şəkildə örtüyü çıxararaq, uşaqların telefon ilə oynayarkən 650.000 voltluq bir şok tabancasına çatmalarını əngəlləmiş olursunuz. Bundan əlavə yeni örtüyün çıxardığı səs ilə köhnə səs arasında da böyük bir fərq var. Köhnə örtük, çox ciddi kimi gəlməyən, zəif bir səsə sahib idi.


 


Yeni örtüyün çıxardığı səs isə daha dərindən gəlməkdədir və olduqca qorxuducudur. Təbii ki, bahalı bir elektron bir alətinin yanında bu qədər güclü bir elektrik cərəyanının olmasının nə qədər məntiqli olduğu müzakirə oluna bilər. Ancaq iddialara görə, örtüyün varlığı, örtük bütün gücüylə çalışarkən belə, telefonun işinə heç bir təsir etmir. iPhone 5 üçün yenilənmiş örtük, olduqca rahat bir istifadəyə sahibdir.


 


Yeni örtüyün, fevral ayında, 149 dollar kimi bir qiymətə satılması gözlənilir. iPhone 4 üçün olan köhnə modelin satışı isə hələ də 99 dollardan davam edir. Əgər örtük haqqında şübhələriniz varsa, örtüyün ehtiyyat batareya kimi də istifadə edilə bilməsini unutmayın. Təbii ki örtüyün dizaynı, sahib olduğu enerjinin yüzdə onunu təcili vəziyyətlər üçün saxlamaq məqsədi ilə qurulmuşdur.