“Benetton” təqdim etdiyi COLORS jurnalının yeni, 88-ci nömrəsində müxtəlif mədəniyyətlərə sahib ölkələrdə baş vermiş etirazlara həsr olunmuş mövzular dərc olunub.
Nömrədə ictimai-siyasi etirazların müxtəlif növləri, cəmiyyət və tarixdə onların təsiri haqqında mövzular öz əksini tapmışdır. Etirazlar həmişə bir hökümət çevrilişinə səbəb olmur, lakin mütləq cəmiyyətin şüuruna təsir göstərir.
Son üç ildə hökumətə qarşı etirazlar dünyanın 80-dan çox ölkəsində vüsət alıb. Lakin, yalnız 6 ölkədə aşkar dəyişikliyə səbəb olub. COLORS bu etirazların necə baş verdiyi, onların nəyə səbəb olduğu haqqında real nümunələr təqdim edir. Jurnalın bu sayında etirazda iştirak etmiş insanlarla müsahibələr və hadisə yerindən çəkilmiş fotoşəkillər var.