“Google”dan yeni bir satın alma xəbəri gəldi. ABŞ-lı texnologiya nəhəngi, internet və ağıllı telefonlar vasitəsilə idarə edilə bilən termostat və tüstü dedektorları istehsal edən “Nest” şirkətini 3,2 milyard dollara satın alıb.
“Nest”in istehsal etdiyi termostatlar iki ildir satışda idi, şirkətin yaratdığı tüstü və karbon 4 oksid dedektorları bazarda yeni yer almağa başlayıb. “Nest”in qurucusu isə əvvəllər Apple şirkətinin iPod bölməsinin başında olmuş Tony Fadelldir.
İnternet vasitəsilə uzaqdan əmr edilməklə bərabər, Nestin istehsal etdiyi termostatlar istifadəçinin evdə olub-olmadığını qəbul edərək evin istiliyini buna görə nizamlaya bilir.