Məşhur ictimai paylaşma platforması Twitter uzun müddətdən sonra internetdə yeni dizayna keçir. Twitterin istifadəçilərinə təqdim etməyə hazırlaşdığı yeni dizaynı iOS və Android tətbiqlərinin interfeysinə olduqca bənzəyir.
Daha açıq rənglərin istifadə edildiyi yeni Twitter dizaynı beləcə masa üstündə də iOS 7 interfeysinə alışanlar üçün gözə xitab edir. Twitterin uzun zamandır iştirak edən tünd rəngli naviqasiya zolağı yerini daha açıq bir rənglə əvəzləyib.
Ana səhifə, Qoşul və Explore kimi Twitterin əsas düymələrində də kiçik diametrli dizayn dəyişikliklərini görmək mümkün olacaq. Yeni dizayn qısa müddətdə bütün istifadəçilər arasında yayılmış olacaq.