Facebook, istifadəçilərin açıq məlumatlarını Rusiyanın ən böyük axtarış mühərriki Yandexlə paylaşacaq. İki şirkət arasında aparılan razılaşmaya əsasən, Yandex, Rusiya, Türkiyə və Müstəqil Dövlətlər Birliyindəki Facebook istifadəçilərinin açıq məlumatlarına sahib ola biləcək.
Köhnə Sovet Respublikalarından ibarət doqquz üzvlü Müstəqil Dövlətlər Birliyi ölkələri arasında Ukrayna , Belarusiya və Qazaxıstan da var. Facebookun paylaşacağı məlumatlar, istifadəçilərin paylaşımlarıyla, şərhlərini də ehtiva edir.
Istifadəçilərin səhifələrinə və xüsusi paylaşımlara axtarış mühərrikində baxmaq mümkün olmayacaq. Yandexdən edilən şərhdə, "Yaxın bir gələcəkdə, Yandexin axtarış nəticələri yalnız Facebookdakı paylaşımları deyil, onlara edilən şərhləri də göstərəcək" deyildi. Yandex , axtarış nəticələrini sıralayarkən Facebookdakı paylaşımların məşhurluğunu da nəzərə alacaq. Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan Facebook, Rus bazarında yerli rəqiblərindən geridədir. Şirkət, rəqabətin artdığı bir mühitdə yüksək böyümə səviyyəsini qoruya bilmək üçün yüksələn pazarlardakı varlığını gücləndirməyə çalışır. Sazişin maliyyə ölçüsüylə əlaqədar bir şərh edilməyib.