Xüsusilə son dövrdə mobil telefonlar arasında yaşanan "megapiksel" yarışında hər zaman məsafəli duran Apple, hər nə qədər bu mövzuda qayğılı olmasa da fotoşəkil keyfiyyəti ilə ümumi istifadəçi ətrafını məmnun etməyi bacardı.
“iPhone 6”da da bu xətti pozmayacağı öyrənilən Apple, əldə olunan məlumatlara görə yenə fotoşəkil nöqtəsində doğru bir addım atır. Apple, “iPhone 6”da megapiksel sayını böyütmək yerinə fokuslanma üzərində çalışacaq.
Yeni modelində kameranı 12 və ya 16 megapikselə genişləndirmək fikrində olmayan Apple, bunun yerinə imic sabitləməklə əlaqədar işlərinə sürət verəcək. Hətta Apple bunun üçün yeni bir patent müraciətinə də baş vurmuşdur. Beləcə, “iPhone 6”da yenə 8 megapiksel kameraya yer verəcək olsalar da daha inkişaf etmiş və daha keyfiyyətli fotoşəkillər çəkməyin mümkün olacağını düşünən Apple mütəxəssisləri ümid edirik bu düşüncələrində haqlı çıxarlar.