Ağıllı telefonların məşhur tətbiqi Candy Crush Saga-nın yaradıcı şirkəti King “candy” yəni “şəkər” sözünün ad haqqını aldı. Dünya daxilində 2013-ci ilə damğasını vuran və milyonlarla telefona yüklənən “Candy Crush Saga” aldığı ad haqqıyla bir dəfə daha adını gündəmdə tutmağı bacardı.


 


ABŞ-ın Patent və Marka Ofisinə müraciət edən King, “Candy” sözünün başqası tərəfindən istifadə edilməməsi üçün ad haqqını aldı. Marka qeydiyyatı tələbi təsdiqlənən şirkət bundan sonra telefon və tabletlərdə şəkər adını yalnız özü istifadə edə biləcək. Kingin aldığı ad haqqı oyun, proqram təminatı, geyim və təhsil xidmətlərini də əhatə edir. Ad haqqının alınması ilə birlikdə Apple, Candy sözünün keçdiyi tətbiqlərini nəşrdən qaldırmağı planlaşdırdı.