Samsung-un aldığı yeni bir patent şirkətin ucuz bir “Galaxy S” model telefon təqdim edəcəyini göstərdi. Telefonlarla əlaqədar isti-isti məlumatlar paylaşan və fotoşəkillərini internetdə yayımlayan Evleaks bu dəfə də Samsungun əldə etdiyi yeni bir patenti səhifələrində nümayiş etdirdi.
“Evleaks”a görə Samsung aldığı yeni patent ilə çox daha ucuz bir “Galaxy S” modeliylə istifadəçilərinə sürpriz etməyə hazırlaşır. Cənubi Koreya mərkəzli texnologiya nəhənginin əldə etdiyi yeni patentdə “Galaxy S Value” ifadəsi diqqət çəkir. Xüsusilə ABŞ-da “Value”nun qarşılığı “Dəyər” mənasına gəldiyindən və qiymət / səmərə nisbəti yüksək məhsullar ağla gəldiyindən ilk növbədə ucuz bir Galaxy S modeli düşünülür. Ancaq əlbəttə Samsungdan bu mövzuda heç bir şərh yoxdur.