Kate Moss artıq üç ildir ki, ardıcıl olaraq məşhur İtalyan markası olan Liu Jo-nun simasıdır. Bu dəfə Britaniyalı model markanın 2014 yaz-yay kolleksiyasını reklam etdi. Ötən dəfə biz Kate Mossu markanın 2013-2014 payız-qış kolleksiyasının reklamında görmüşdük. Həmin fotoşəkillərin müəllifi fotoqraf Solvay Sundsbo idi. Xatırladaq ki, keçən həftə modelin 40 yaşı tamam oldu.