New Yorkda davam edən qar fırtınası Apple şirkətinin nəhəng mağazasını da vurdu. ABŞ-ın şimal-şərqində və Midwest əyalətlərində çərşənbə axşamı günü erkən saatlarda başlayan qar fırtınası səbəbiylə həyəcan siqnalı verildi.
Mənfi hava şərtləri Vaşinqton və New-Yorkda da həyata mənfi təsir etdi. “Apple”ın New Yorkda olan binası da qar fırtınasından nəsibini aldı. Şüşə mağazanın böyük bir qisimində çatlaqlar meydana gələrkən, ortaya bu maraqlı görüntülər çıxdı.