Lanvin, modalar evinin 125 illik yubileyi şərəfinə kampaniya təqdim etməyə hazırlaşır. Bu kampaniya markanın zəngin tarixinə, əfsanəvi dizayna və onun təsisçisi Jeanne Lanvinə həsr olunacaq.



Fevral ayının əvvəlində modalar evinin rəsmi saytında, markanın tarixinin fotoşəkillər və video çarxlarda əks olunduğu, fotoşəkillərdə isə xanım "Lanvin"in təsvir olunduğu xüsusi səhifə yaranacaq.



Artıq markanın Facebook, Twitter, Pinterest Instagram səhifələrində bu haqqda məlumat var. Yanvarın 1-dən etibarən Lanvin # Lanvin125 hashtagı altında fotoşəkillər yayımlayır. Markanın Pinterest səhifəsində əfsanəvi dizayn və markanın üslubundan olan mavi-hava rəngli geyim nümunələri, papaqların eskizləri, təsisçinin fotoşəkilləri və Lanvin loqosunun haradan yarandığı haqqında məlumat nümayiş olunub. Belə məlum olub ki, bu marka "Jeanne Lanvin" və onun qızı "Marguerite"in sevgisindən ilhamlanıb.