Amerika konfet markası olan Jelly Belly Soçidə keçiriləcək Olimpiyada və Super Bowl üçün əsas idman hadisələri ərəfəsində kişi tamaşaçısını cəlb etmək məqsədi ilə çəllək pivəsi dadında məhsul istehsal etdi.



Çünki, bu idman hadisələri ərəfəsində kişilər əllərində pivə ilə televizorun qarşısında olurlar. Draft Beer ilk dəfə deyil ki, Jelly Belly üçün orijinal ixtira edir. Məsələn, Mai Tai kokteyllər buna misal ola bilər.



Konfetlərdən tamamən pivə dadı gəlməsinə baxmayaraq onların hazırlanmasında spirtdən istifadə olunmayıb. Marka özlərinin rəsmi saytında müxtəlif dadlara malik konfetdən hazırlanmış kokteyllərin reseptlərini təqdim edir. Hal-hazırda Jelly Belly Draft Beer müvəqqəti olaraq satılmır. Fevral ayının 10-dan etibrən yenə də satışa təqdim olunacaq.