Bu günlərdə məşhur model Irina Shayk Desigual markasının yeni kolleksiyasının təqdimatında iştirak etdi. Model təqdimat mərasimində markanın donunu geyindi və böyük məmnuniyyətlə həmin geyimdə kameralar önünə keçdi.
Irina özünün Twitter səhifəsində "Desigual"ın ona çox bəyəndiyi geyimi təqdim etdiyini bildirib. Çox sağ ol Desigual hədiyyəyə görə. Mən ona heyran oldum! – model deyib.