Heineken və Wieden + Kennedy Amsterdam başda rejissor Tom Kuntz olmaqla "The Odyssey" adlı reklam çarxı təqdim etdilər. Heineken şirkətinin əvvəlki reklam çarxlarının qəhrəmanları kimi bu qəhrəmanlar da çox yaraşıqlıdır və asanlıqla tamaşaçı kütləsinin diqqətini cəlb etməyi bacarır.
Kişilər özlərinə son dərəcə əmindir. Məsələn, stol arxasında əyləşən gözəl bir qadının diqqətini cəlb etmək üçün döşəmənin üzərindən sürüşdürüb onun tərəfə pivə şüşəsini itələyir.
O, rəqqasələrlə birlikdə rəqs edir, gülür, əylənir və bir çox belə hadisələrdə iştirak edir. Sonda isə məlum olur ki, onun sözün əsl mənasında, çoxlu təzahürləri mövcuddur.