Apple aldığı yeni bir patent ilə günəş enerjisiylə işləyən dizüstü kompüterləri üçün qapını ardına qədər açdı. “Apple”ın aldığı bu patent, gələcək nəsil “MacBook” panelində, yəni günəş enerjisi panelinə yer verməyi düşündüyünün dəlilidir.


 


Ancaq hamısı bu qədər də deyil. Patentdə yeni nəsil “MacBook”ların eyni zamanda cüt ekranla birlikdə gələcəyi də bildirilir. Buna görə “MacBook”ların xarici qapaqları ikinci bir ekran olaraq istifadə edilə biləcək.


 


Beləliklə “MacBook”un eyni zamanda bir tablet kimi istifadə edilməsini təmin edəcək. Əlbəttə bu texnologiya bu an hazır deyil. Lakin “Apple”ın bu patenti alması, “Macbook”ların gələcəyinə işıq tutması baxımından sevindiricidir. Asus, Taichi ultrabook modellərində cüt ekranı onsuz da istifadə edirdi. Amma bu modellərdə qapağın qarşısında və arxasında olan 2 fərqli ekran müzakirə mövzusu idi və günəş enerjisindən istifadə etmək kimi bir xüsusiyyəti yox idi. “Apple”in patenti isə, tam fərqli bir texnologiyaya işarə edir. Amma bu texnologiyanın detallarını öyrənmək üçün, bir az daha zaman lazım olacaq.