Facebook sosial şəbəkəsinin 2013-cü ildə reklam gəliri 2 milyard 340 milyon dollar oldu. Facebookdan edilən şərhdə, aylıq tablet, ağıllı telefon kimi mobil istifadəçilərinin 945 milyona çatdığı, artım nisbətinin isə yüzdə 39-a çatdığı bildirildi.
Məşhur ictimai paylaşma saytının ümumi gəlirinin yüzdə 53-ünü, mobil reklamların əldə etdiyi bildirildi. Facebook sosial şəbəkəsi gələcək həftə 10 yaşına girəcək.
Facebookun, 1 milyard 230 milyon qlobal istifadəçisinin 4-də 3-ünün, ağıllı telefon, tablet və digər mobil xidmətlərdən faydalandığı qeyd edildi. 31 dekabr etibarilə 2 milyard 590 milyon dollarlıq cəmi gəlirə çatdığı bildirilən Facebookun, əvvəlki ilin eyni dövrünə görə gəlirin 1 milyard 590 milyon dollarlıq bir artım təmin etdiyi ifadə edildi. Reklam gəlirlərinin 2 milyard 340 milyon dollar olduğu bildirilən Facebookun əvvəlki ilə görə reklam gəliri artım nisbətinin yüzdə 76 olduğu bildirildi.