Burberry yeni “Brit Rhythm for Women” ətrinin çıxışı münasibəti ilə kütləvi bir kampaniya başlatdı. Yeni ətrin çox zərif və çiçək qoxulu olmasına baxmayaraq kampaniyanın rəngi ağ-qara, mövzusu isə rokdur. Bu üsulla Burberry, qadın zərafətini və adrenalini birləşdirib.
Ağ-qara fonda “Brit Rhythm” ətrinin çəhrayı qabı fərqlənir. Reklam çarxında rok ulduzu rolunda 22 yaşlı model Suki Waterhouse çəkilib. Həmçinin geyim kolleksiyasını da ağ-qara rənglərdən ibarət olan dəri gödəkçələr, donlar, ətəklər, köynək və aksesuarlar əhatə edir.
