Yanvar ayının əvvəlində Gisele Bundchen məşhur marka Emilio Pucci-dən olan qara rəngli kombinezonda Jimmy Fallon adlı televiziya proqramında iştirak etdi. Və bu təsadüfi deyildi.
Məşhurlar tez-tez reklam müqavilələri bağladıqları markalara üstünlük verirlər. Braziliyalı model “Emilio Pucci”nin siması oldu. Artıq şəbəkələrdə markanın yaz-yay 2014 geyim kolleksiyasının reklam kampaniyaları yayımlanıb.
Reklamın yaradıcıları mürəkkəb dizayndan qaçaraq sadə üslub seçiblər. Sadəcə olaraq ağ fondan istifadə ediblər. 33 yaşlı Giselein gözəlliyi və Emilio Puccinin məşhur cizgiləri öz sözünü deyir və hər hansı əlavə dəbdəbə yaratmağa ehtiyac duyulmur.
