Məşhur geyim markası olan Gant-ın zərif və romantik reklam kampaniyasının əsas qəhrəmanı Sasha Pivovarova oldu. Model sevdiyi insanın və rəfiqələrinin əhatəsində gəlin rolunu canlandırdı. Markanın təqdimatçılarının fikrincə qarşıdan gələn bahar və yay fəsilləri müxtəlif tədbirlərin qeyd olunması üçün ideal vaxtdır.
Günəşin şüları altında və açıq havada keçirilən toy mərasimindən daha gözəl nə ola bilərki? Məhz elə buna görə də markanın yeni reklam kampaniyasının mövzusu toy mərasimi oldu.

