Miranda Kerr İsveçin məşhur kütləvi bazar markası olan H & M-in siması oldu. Bu haqda məlumatı markanın təqdimatçıları “Twitter”-da bildirdi. “Əla xəbərdir. Miranda Kerr bizim yaz-yay reklam kampaniyasının siması olacaq”.



Bundan əlavə “Instagram”da 30 yaşlı Miranda Kerrin videomüraciəti dəqdim olunub: “Salam H & M-in izləyiciləri. Mən Miranda Kerr yay kampaniyasının yeni simasıyam. Hər bir məlumatdan xəbərdar olmaq üçün bizimlə əlaqədə olun”. Reklam kampaniyasının bütünü mart ayında təqdim olunacaq.