Google, milyardlarla avro məbləğində pul cəzasına məruz qalmamaq üçün axtarış sistemində yeni tənzimləmələr edib. Bundan sonra Google, rəqib şirkətlərə aid nəticələri də axtarış sistemində göstərəcək.
Avropa Birliyinin rəqabət mövzusundakı məsul səlahiyyətlisi Joaquin Almunia, bu yeniliklə, ədalətli rəqabət mövzusunda şirkətə qarşı üç ildir davam edən istintaqın sona çatacağını söylədi.
Google, axtarış nəticələrində öz məhsullarına prioritet verdiyi səbəbiylə tənqid olunurdu. Rəqabətçi İnternet Bazarı təşəbbüsçüsü ( Icomp ), üçüncü şəxslərin fikirlərinin nəzərə alınmadan belə bir yenilik edilməsinin böyük bir səhv olduğunu xarakterizə etdi. Google şirkətinin vəkili Walker isə, dəyişiklik sonrasında şirkətin Avropadakı əməliyyatlarında böyük dəyişiklər edəcəyini söylədi.
"Microsoft" və "TripAdvisor" daxil olmaqla, 18 fərqli şirkət “Google”u, əsas axtarış mühərriki olma haqqını sui-istifadə etməklə günahlandırdı. Avropa Birliyi sonradan illərcə davam edəcək bir araşdırma müddəti başlatmışdı. İnternet skanerlərlə əlaqədar araşdırmalar edən “Comscore”a görə, Avropadakı internet axtarış bazarında “Google”un payı 75 %-dir. Yeni dəyişikliklə, məsələn, "Parisdə kafe" deyə axtarış edildiyində, Google, fərqli axtarış mühərriklərinin nəticələrini də cavab variantları arasında göstərəcək.