Yapon texnologiya nəhəngi Sony-nin fərdi kompüter markası olaraq dünya səviyyəsində tanınan markası Vaio satılır. “Sony”nin kompüter sektorunda illərdir varlığını davam etdirdiyi “Vaio” markasının satılacağı ortaya çıxdı.
Şirkət aldığı bu radikal qərar ilə birlikdə Sony ilə yaxınlaşan və ayrı bir marka halını alan “Vaio”nu şirkətin “Bain & Co.” və “Mizuho Securities Co.”nun birlikdə meydana gətirdikləri “Japan Industrial Partners”ə satacağı iddia edildi.
“Vaio”nun satılacağı xəbəri texnologiya dünyasında bir o qədər də qarışıqlıq yaratmadı, çünki şirkət keçən il də “Vaio” markasını Çinli kompüter nəhəngi “Lenovo”ya satmağa çalışmışdı ancaq təklif Lenovo tərəfindən geri çevrilmişdi. “Vaio” satışının məbləği 391 ilə 489 milyon dollar arası bir qiymət ola bilər. Amerikalı araşdırma firması IDC məlumatlarına görə Sony, 2013-ci ilin yanvar ayı ilə sentyabr ayı arasındakı dövrdə, dünya səviyyəsində 1.9% - lik PC bazar payıyla doqquzuncu sırada iştirak edir.a