İnternet nəhəngi Google ana səhifəsini olimpiadalara ayırdı və xoş bir doodle ilə istifadəçilərini salamladı. 2014 Qış Olimpiadaları “doodle”lasına  klikləyən istifadəçilər Olimpiya Qanunları ilə əlaqədar axtarış nəticələrinə çatır.


 


Ancaq Olimpiya Qanunları haqqındakı nəticələrə sahib olmaq üçün “doodle”la klikləmək lazım deyil, çünki Google Olimpiya Qanunları ilə əlaqədar kiçik bir şərhi “doodle”un dərhal altına yerləşdirməyi unutmayıb.


 


Olimpiya Qanunları hissəsində bu sətirlər yazır: "İdman fəaliyyətlərinə qatılmaq bir insan haqqıdır. Hər fərd hər hansı bir ayrı-seçkiliyə məruz qalmadan, Olimpiya ruhu içərisində idman etmə imkanına sahib olmalıdır. Bunu etmək üçün dostluq, həmrəylik və fair- play anlayışının hakim olması lazımdır"