Facebook ABŞ-da iPhone mobil telefonu üçün Paper tətbiqini təqdim edib. Hələlik tətbiqin başqa ölkələrdə nə zaman təqdim ediləcəyi bilinmir. Tətbiq, Amerika sakinlərinə özünün facebook səhifəsində məlumatı tez və rahat bir şəkildə yeniləməyə imkan verir.
Paper tətbiqinin dizaynı minimalistikdir, interfacesi isə fərdiləşdirmək olur. Məlumatlar kateqoriyalar ilə sistemləşdirilmişdir. Bu tətbiqdə övzuları oxumaq, video və fotoşəkillərə baxmaq daha rahatdır.

