Pernod Ricard şirkəti "Breakthrough Innovation Group" (BIG) ilə birlikdə hazırladığı “Project Gutenberg” layihəsini təqdim etdi. Bu layihədə içki şüşələri kitab üzlüyü kimi dizayn olunub.



"Pernod Ricard" markasının spirtli içkilərinin yeni qablaşdırması həqiqətən də əsl kitaba bənzəyir. iPad-in köməyi ilə xidmət platformasına bağlanmaq, içki və kokteyllər haqqında lazım olan məlumatı əldə etmək olar.



Sistem içki şüşəsində mayenin səviyyəsini izləyir və içki qurtaran zaman sahibinə xəbər verir. Hal-hazırda bu “kitabxana”dünyanın böyük şəhərlərində sınaqdan keçirilir və yaxın zaman ərzində satışa təqdim olunacaq.