JIS məktəbi – Jeykhun Imanov Studio (JIS) tərəfindən məhşur reklam və marketinq peşəkarları ilə əməkdaşlıq şəraitində Azərbaycanda ilk dəfə yaradılmış tədris məkanıdır.



Məktəbin başlıca məqsədi reklam sənayesinin ən güclü simalarını yetişdirməkdən ibarətdir. O simalar ki, həm biz, həm də Bakının digər TOP agentlikləri məmnuniyyətlə onlarla işləyəcək.



Bununla yanaşı, JİS School bu sahədə artıq təcrübəsi olan, həmçinin özünü reklam və kreativ işində sınamağı düşünən insanlara lazımi bilik və bacarıqların qazanılması üçün bərabər imkanlar yaradır. Reklam və marketinq sahəsində çalışan yerli və xarici peşəkarlar ekspert qismində bizim təlim və seminarlarımıza qatılacaqlar. Bunadan əlavə, iştirakçılar məktəb daxilində mövcud olan dostluq şəraitində bilik və bacarıqlarını bir-biriylə bölüşə biləcəklər. Bu isə gələcək mütəxəssislərin tədrisi və inkişafına yardımçı olan ən yaxşı və ən vacib üsuldur.




Bizim missiyamız Azərbaycan mütəxəssislərinin reklam və marketinq sahəsində dünya arenasında layiqli rəqabət apara bilmələrini təmin edəcək inkişafa nail olmaqdır. Bu sahədə yeni işə başlayan və artıq iş təcrübəsinə malik olan reklamçılar, brend-menecerlər, müxtəlif şirkətlərin reklam və marketinq şöbələrinin əməkdaşları, frilanserlər- bir sözlə, müsbət dəyişikliklərə və inkişafa hazır olan hər kəs kurslardan yararlana biləcəkdir. JİS məktəbi ailəsinin bir üzvü olmaqla, karyera uğurunun sirlərini və zəngin təcrübəsinin səninlə bölüşməyə hazır olan peşəkarlarla tanış olub ünsiyyət qurmaq imkanı əldə etmiş olursan.



Bu cür üsniyyət insanı ilhamlandırır. JIS məktəbində tədris metodu, istiqaməti və müddətini sən özün müəyyənləşdirirsən. Biz uzunmüddətli ( 1-3 ay) və qısamüddətli (həftəlik intensiv kurslar, birgünlük və ikigünlük seminarlar, kreativ axşamlar) kurslar təklif edirik. Eyni zamanda bizim beynəlxalq kurslarımıza qoşularaq dünya səviyyəsində uğur qazanmış şirkətlərin iş prosesini şəxsən müşahidə etmək, reklam sənayesinin ən mühüm simaları ilə tanış olmaq, reklam və marketinqin ulduzları ilə əlaqə qurub özünü onlara tanıtmaq imkanı əldə edəcəksən.




Beləliklə, sən reklam kampaniyalarının işlənib hazırlanması üçün yaradıcı metodlar axtarıb tapmağı, məhsulun yaradılması üçün ən yeni texnologiyaların tətbiq etməyi, trendləri izləmək, komanda yığıb onlarla uğurlu şəkildə işləməyi, müştəri tapmaq və onlara öz işlərini düzgün şəkildə təqdim etməyi öyrənəcək, və ən nəhayət gördüyün işdən daha çox zövq alacaqsan. JIS məktəbinin digər mühüm xüsusiyyətlərindən biri də məzunlarımızın işlətəmin olunmasına yardımçı olmağımızdır.Tədris zamanı fərqlənən tələbələrə tövsiyyə məktubu veriləcək, həmçinin bu tələbələr işgüzar müsahibələrə dəvət alacaqlar. Səni potensial olaraq işlə təmin edə biləcək insanları isə buraxılış işinin müdafiəsinə dəvət edəcəyik.



Bacarıqlarını inkişaf etdir və peşəkarların rəhbərliyi altında portfolionu zənginləşdir!



Kurslar



Sən sıx əməkdaşlıq və yaradıcılıq şəraitində istedadlı və məqsədyönlü insanlarla bərabər təhsil alacaqsan. Real müştəri brifləri üzərində komanda şəklində işləmək təcrübəsi qazanacaq, eyni zamanda agentliyin hər bir pilləsində dayanan insanların-strateq, art-direktor, krieytor, brend-menecer rolunda özünü sınamış olacaqsan. Təqdimat etməyi və auditorya qarşısında çıxış etməyi, layihə üzərində iş prossesi, ideyanın vizuallaşdırılması, sosial mediada marketinq barədə hər şeyi öyrənmiş olacaqsan. Biz sənə ən yaxşılardan biri olmaq üçün lazım olan hər şeyi öyrədəcəyik!



JISchool təlimçilərinin hər biri çoxillik iş təcrübəsinə malik olan əsl peşəkarlardır. Bir neçə həftə müddətində sən onların uğurlarının sirrindən agah olacaq və səni maraqlandıran hər bir şey haqqında suallarını şəxsən onların özünə verə biləcəksən.



Tədqiqat



Auditoriyanın şüuruna nüfuz edib onun istəklərini necə öyrənmək olar? Keçirilmiş reklam kampaniyasının səmərəliliyini necə ölçmək olar? Sən ən böyük şirkətlərin necə tədqiqat apardıqlarını öyrənəcək və öz tədqiqatını (research) aparmağın yollarını mənimsəmiş olacaqsan.



Strategiya




Strategiyasız brend yarımçıq işdir. Daha dəqiq desək, strategiya olmadan brendin qısa zaman ərzində yoxa çıxması riski böyükdür. Sən tədbirlərin illik marketinq planının hazırlanması, SWOT təhlilinaparılmasıvəbrendlərbarədədigərincəməqamlarıöyrənmişolacaqsan.



Brendinq




Fərz edək, Harley Davidson. Və budur, artıq sən mühərrikin gurultulu səsini eşidir və qalın çəkmələr geyinmiş iricüssəli saqqallı baykerləri görürsən. Brend-məhsulun şəxsiyyətidir. Onun öz xarizması və fanatları vardır. Sən məhşur lovemarks-ların necə yaradıldığından xəbər tutacaq və özünü də yeni brendin yaradılmasında sınamış olacaqsan.



İdeyalar




Milyonların diqqətini cəlb edən, maraqlı ideyanı necə tapmaq olar? Sən real və qeyri real briflər alacaq, beyi fırtınasında iştirak edəcək, çoxlu sayda ideyalar fikirləşəcək və yaxşını pisdən ayırmağı öyrənmiş olacaqsan.



Vizuallaşdırma



Vizual qavrayış şüura hədsiz sayda məlumat axını ötürmüş olur və hətta hormonal fona tısir edir. Reklam hər zaman istehlakçının diqqəti uğrunda mübarizə aparır, ideyanın güclü və peşəkar şəkildə vizuallaşdırılması isə tanıtımı təmin edir və brendin xarakterini təsbit edir. Peşəkar art-direktor istənilən vizuallaşdırma vasitələrindən – aydentika, qrafika və infoqrafika, foto, illyustrasiya, animasiya, video və veb-dizayndan xəbərdar olmalıdır. Sənə bunların hamısı barədə danışacağıq.



Prodakşn



Ön-çap, post-çap, videoprodakşn, sərgi stendləri və vitrinlər- sən reklam daşıyıcıları barədə hər şeyi öyrənəcək, reklam sənayesinə ekskursiya edərək bütün incəliklərə bələd olacaqsan.



Satış



Belə bir fikir var ki, uğurlu satıcılar hətta ən zəif ideyanın müstəsnalığı barədə hər kəsi inandırmaq qabiliyyətinə malikdir. Biz bunun belə olub-olmamasını yoxlayacayıq. Həmçinin sənə auditoriya qarşısında çıxış etmək, danışıqları inandırıcı şəkildə aparmaq və müştərilərlə səmərəli münasibətlər qurmağın yollarını öyrədəcəyik.



Layihələrin idarə edilməsi



Hər bir layihənin idarə edilməyə ehtiyacı vardır. Sənin layihən-sənin özün deməkdir. Sən hər şeyi çox dəqiq və səlis təşkil etməlisən. Bizimlə sən dayanıqlı layihələr yazmağı, müştəri qarşısında öz məqsədlərini əsaslandırmağı, başlıca məhdudiyyətlər və layihənin üzləşə biləcəyi riskləri öncədən görməyi öyrənəcəksən. Biz sənə layihənin idarə edilməsi zamanı qarşıya çıxan mümkün çətinlikləri aşmağın və verilmiş zaman çərçivəsində qarşıya qoyulmuş məqsədə çatmağın yolları barədə məlumat verəcəyik.