Dolce & Gabbana futbol komandası A.C. Milan ilə 10 illik əməkdaşlığının şərəfinə rəsmi sayt yaratdı. Saytda yığma komandanın üzvləri haqqında video və fotoşəkillər, onlar ilə eksklüziv müsahibələr yerləşdirilib.
"Dolce & Gabbana" bütün bu illər ərzində klub üçün forma hazırlayıb və online layihə ilə futbolsevərlərin daha çox diqqətini cəlb etməyi düşünür. Saytda əməkdaşlığın tarixi haqqında məlumat almaq olar.
Qalereyada komandanın üzvləri ilə birlikdə çəkilmiş doqquz fotoalbom var. Video bölməsində isə "A.C. Milan"ın "Icon" jurnalı üçün olan fotoçəkilişlərinin çarxı yerləşdirilib.