Bu yaxınlarda smartfon bazarında həyəcan yaradan Samsung və Google patentlərinin mübadiləsi üçün 10 illik müqavilə imzalanıb. Bir neçə gün əvvəl isə Nokia və HTC şirkətləri tərəfdaşlığa başladıqlarını, eləcə də bütün patent mübahisələrini dayandırdıqlarını elan edib.
Əməliyyatın maliyyə tərəfi açıqlanmır. Əvvəllər, "HTC" və "Nokia" Patent üzrə bəzi kiçik razılaşmalar əldə etmişdirlər, lakin son saziş daha mühüm patentlər üçün imzalanıb.
"HTC" üçün onlardan istifadə pulsuz olmayacaq. "Nokia" isə, komisyon xərclərindən əlavə "LTE" ilə bağlı "Tayvan" şirkətinin patentlərinin arxivindən istifadə etmək imkanı əldə edir.
