Hər istehsalçı öz cihazını maraqlı və qeyri-adi şəkildə təqdim etmək üçün çalışır. Lenovo Vibe X – ın reklamında hər şey çox uğurlu alınıb. Bundan başqa smartfon güclü içlik, 6,9 mm nazik çərçivə və cəmi 121 qram ağırlığında çəki əldə edib.
“Lenovo”nun reklam işçiləri bunları nəzərə alaraq, maraqlı bir şəkil təqdim ediblər. Onlar oyun kartları kimi, bir neçə Vibe X smartfonunu üst-üstə yığaraq ev formasına bənzədiblər.
Bununla da onlar Lenovo Vibe X – ın yüngül və nazik olduğunu diqqətə çatdırmaq istəyiblər. Xatırladaq ki, Lenovo Vibe X – 5”-lük Full HD ekran, 4-nüvəli prosessor MediaTek MT6589T 1.5GHz, RAM 2 GB, 16 GB daxili yaddaş, 13 meqapikselli əsas və 5-meqapikselli ön kamera, eləcə batareya 2000 mAh gücü ilə təciz edilib. Smartfon yalnız məhdud sayda olan bazarlarda mövcuddur.
