İnsanlar üçün isti və rahat köşə adətən mənzil, ev və ya kafedir. Bəs bunlardan məhrum olan insanlar nə etsin? Viennadan olan DDB Tribal agentliyi və xeyriyyə təşkilatı Caritas evsiz insanlara kömək etmək qərarına gəldi.



Onlar istilik lampaları ilə bir konstruksiya hazırlayıblar. Hər kimsə bu konstruksiyanın içərisinə 1 avro atsa o yanır və istilik verir. Konstruksiya avtomobil dayanacağında quraşdırılıb.



Onun üzərinə isə “istiliyi bölüşün” şüarı yazılıb. Caritas təşkilatı evsiz insanların problemləri ilə məşğul olur və insanların nəzərinə çatdırmaq istəyir ki, hətta ən kiçik yardım belə onlara köməklik edə bilər və birləşərək bir çox məsələləri həll etmək olar. Buna bənzər bir layihəni bir müddət əvvəl İsveçin Uppsala şəhərində Coca-Cola şirkəti təqdim etmişdi.



Lakin, bu şirkətin layihəsi əyləncə xarakteri daşıyırdı. Onlar da bu reklamı avtomobil dayanacağında yerləşdirmişdi. Dayanacaqdan Coca-Cola-nı alan sərnişin çox xoş bir mənzərə ilə qarşılaşır. Bir anda avtomobil dayanacağında yay çəmənliyi şəklində mənzərə görsənir və bu mənzərədən quşların səsi, işıq və istilik yayılır.