Bildiyimiz kimi Nokia, Android platforması üzərində özünün ilk smartfonun hazırlayır – Nokia X (Normandy). Eləcədə məlumat var ki, bu sadəcə bir büdcə modeli olmayacaq.
Cihaz fevral ayının sonunda MWC 2014 sərgisində təqdim olunmalıdır. Bu hadisə ilə bağlı, Nokia loqosunu yaşıl rəngə boyayaraq bütün dünyada rəsmi resursları yeniləyir.
Xüsusilə, Avstraliya, Tayland və bəzi digər ölkələrdə sosial şəbəkələrdəki səhifələr yenilənib. Bundan əlavə, Nokia Barselonada keçirlicək tətbirə qeyri-adi dəvət göndərib. Dəvətin şüarı isə - ”Ağac altında görüşərik”.
