Satınalmanın məbləği 19 milyard dollar təşkil edir. Satınalmaya görə, Facebook 4 milyard dollar məbləği nağd olaraq ödəyəcək, 14 milyard dolları isə hissə şəklində “WhatsApp”a verəcək.


 


Əlavə olaraq 3 milyard dollar isə daha sonrakı tarix üçün “WhatsApp”ın qurucuları və işçiləri üçün nəzərdə tutulur. Hazırda “WhatsApp” sisteminin 450 milyon istifadəçisi var. “WhatsApp”ın yeni sahibinin hədəfi isə 1 milyard istifadəçi sayına nail olmaqdır.


 


Bu saziş Facebook-un indiyə qədər imza atdığı ən böyük sazişidir. “WhatsApp” Facebook-a satıldığını rəsmi bloqundan da təsdiq edib. Bloqda qeyd olunub ki, bu sistemin inkişafı və böyüməsi üçün atılmış addımdır və bundan sonra istifadəçilərə daha yaxşı xidmət ediləcək.