Google, xüsusi təchizat və proqram sayəsində istifadəçinin olduğu mühitin 3 ölçülü xəritəsini yarada bilən ağıllı telefonunun ilk modelini təqdim etdi.


 


Şirkət, mümkün variantlar arasında, gözdən əlil insanların kömək almadan daxili məkanlarda yolunu tapa bilməsini təmin edəcək daxili məkan xəritəsinin də olduğunu söyləyir.


 


Google, “Tango Layihəsi” adı verilən layihə daxilində inkişaf etdirilən telefonun istehsalında , fərqli təşkilatlarla da çalışdığını açıqladı. Şirkətin açıqlamasında: "Tango Layihəsi, mobil cihazlarda kosmos və hərəkəti insan gözü ilə qəbul etmək bacarığı qazandırmağı məqsəd qoyur. İlk modelləri, ehtimalları təxəyyül edə bilən və bu fikirləri həqiqətə çevirməkdə köməklik edən icraçıların xidmətinə təqdim etməyə hazırıq" deyildi.