Gələcək HTC M8, eləcədə One+ kimi tanınan flaqman internetdə bir neçə dəfə üzə çıxıb. Tayvan şirkətinin MWC 2014 sərgisinə gələcəyi gözlənilir, lakin HTC One+ bu tədbir çərçivəsində təqdim olunmayacaq. Əvvəllər flaqman smartfonu martın sonunda elan olunacağı güman edilirdi.
Son məlumatlar isə bunu yalnız təsdiqlədi. HTC Londonda mart ayının 25-də böyük bir təqdimat keçirəcək və çox güman ki, HTC One+ orada təqdim olunacaq.
