Nokia-nın Barcelonada təqdim etdiyi yeni aksesuarı əşyalarınızın itməsinin qarşısını almağı planlaşdırır. Məhsul plastikdən hazırlanmış  və kibrit qutusu böyüklüyündədir.


 


“Treasure Tag” adı verilən  kiçik rəngli aparatı pulqabınıza, açarlığınıza və yaxud da çantanıza taxaraq “Bluetooth” və ya “NFC” texnologiyası ilə Nokia Lumia telefonunuzla əlaqələndirirsiniz.


 


Bundan sonra telefonunuzla “Treasure Tag” adı verilən aksesuar bir-birindən 40 metrdən daha çox uzaqlaşsa həyəcan siqnalı çalmağa başlayır. Beləliklə, pulqabınızı ya da “Treasure Tag”ı taxdığınız hər hansı bir əşyanızın itməsinin qarşısı alınır. Siz həyəcan səsini eşidməsəniz belə telefonunuzdakı “Treasure Tag”  proqramında olan xəritə sayəsində əşyanızın yerini müəyyənləşdirə bilərsiniz. Nokiadan verilən açıqlamaya görə, hələlik yalnız Nokia Lumia telefonlarla uyğun olan bu aksesuar yaxın gələcəkdə iOS və Android cihazlarında da istifadə edilə bilinəcəkdir. “Treasure Tag”ların qiymətinin isə 30 dollar olacağı deyilir.