Microsoft istifadəçiləri Outlook.com elektron poçtu vasitəsilə “Skype”ın imkanlarından faydalana biləcəklər. Outlook.com elektron poçtundan Skype test rejimində ABŞ, Almaniya, Fransa, Braziliya, Kanada və Böyük Britaniyada test rejimində işləyirdi.
İndi istifadəçilər poçtu tərk etmədən Skype kontaktlarına zəng edə və mesajlar göndərə biləcəklər. Bir kliklə məktubdan zəngə keçmək mümkün olacaq. Funksiyadan istifadə etmək üçün sadəcə pulsuz plagin yükləmək kifayətdir. Plaginin sonuncu versiyası Safari brauzeri üçün də uyğunlaşdırılıb.