Cenevrədə Apple şirkəti aparıcı avtomobil istehsalçıları ilə birgə CarPlay adlı yeni funksiya (xüsusiyyət) təqdim etdi. Şirkətin təmsilçilərinin verdiyi məlumata görə, “CarPlay” avtomobildə “iPhone”dan istifadə etmək üçün daha düşüncəli, eyni zamanda təhlükəsiz və maraqlı yoldur.
“CarPlay”i işə salmaq üçün Apple bir çox tanınmış avtomobil istehsalçılarının dəstəyini əldə etmişdir. Artıq bu həftə Ferrari, Mercedes-Benz və Volvo sahibləri “Apple”ın yeni funksiyasının tam gücünü hiss edə biləcəklər.
Həmçinin “CarPlay” tətbiqini öz avtomobillərinə quraşdırmaq üçün - BMW, Ford, General Motors, Honda, Hyundai, Jaguar Land Rover, Kia, Mitsubishi, Nissan, PSA Peugeot Citroen, Subaru, Suzuki və Toyota kimi şirkətlər bu layihə üzərində çalışır.



