Apple şirkəti yeni “iPhone 6” mobil telefonlarını satışa çıxarmağı planlaşdırır. Bu modeldə istifadəçilərin ən çox üzləşdiyi ekranın cızılması probleminə çarə tapılıb. Belə ki, yeni telefonlarda ekranın cızılmasına qarşı özünü təmir edən texnologiya quraşdırılacaq.
Bu texnologiya sayəsində isə telefonun köhnəlmə prosesi olmayacaq. Telefonun ekranı isə əvvəlki kimi parlaq görünəcək. İstifadəçilər bu texnologiyadan digər iOS və iMac-larda da istifadə edə biləcəklər.