LG şirkəti “LG G Flex” adlı ilk əyri smartfonunun yeni reklam çarxını paylaşıb. Reklam çarxının şüarı “Dünyanın ən insani telefonu”dur. Reklam çarxı qeyri-adiliyi ilə seçilir.
Lakin, reklam çarxını yaradanlar onun əsas ideyasını çox gözəl çatdıra biliblər – “LG G Flex”in əyri forması sayəsində, onunla danışmaq çox rahatdır, sanki əlinizlə danışırmışsınız kimi.



